"Mançester Siti" hücumçusu Savinyo ilə yeni müqavilə bağlamağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, 21 yaşlı braziliyalı futbolçu ilə danışıqlar son mərhələdədir. O, "Tottenhem"in marağına baxmayaraq, "şəhərlilər"in formasını geyinməyə qərar verib.

 

Qeyd edək ki, futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilə qədərdir. O, 2024-cü ildən "Siti"də çıxış edir. Bu mövsüm Savinyo bütün turnirlərdə dörd oyun keçirib və bir qol vurub.