"Real"ın sabiq futbolçusu Toni Kroos açıqlama verib. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını yenidən bərpa edəcəyi ilə bağlı dolaşan xəbərlərə münasibət bildirib:

 

"Heç vaxt belə bir fikrim olmayıb. Çünki istədiyim şəkildə ayrılmışam. Futbolçu səhifəmi bağladım. Həmişə düşünürdüm ki, karyeramı ən yaxşı necə bitirə bilərəm və hər şey istədiyim kimi oldu".

 

Kroos karyerası ərzində "Bavariya" və "Real"da çıxış edib. 36 yaşlı keçmiş yarımmüdafiəçi 2024-cü ildə "butslarını asıb".