Danimarka təmsilçisi "Midtyulland"ın yarımmüdafiəçisi Alamara Cabi bıçaqlanıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubdan bildirilir ki, iki əməliyyatdan sonra 19 yaşlı futbolçunun hazırda vəziyyəti sabitdir:
"O, süni komadan çıxıb və özünü yaxşı hiss edir. "Midtyulland" klubu hakimiyyət orqanları ilə sıx əlaqə saxlayır və ona və ailəsinə dəstək verir".
Cabi bazar günü gecəsi Herninqin mərkəzində bıçaqlanıb.
Qeyd edək ki, qvineya-bisaulu yarımmüdafiəçi "Midtyulland"ın əsas komandasında iki oyun keçirib.