"Milan", "Brentford" və "Nottingem Forest" klubları "Leççe"nin müdafiəçisi Tiaqo Qabriel ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "rossonerilər" iki həftə əvvəl oyunçunun agentləri ilə görüş keçiriblər. "Leççe" 21 yaşlı portuqaliyalı üçün 30 milyon avro istəyir.
Yanvar ayında Salentino klubu "Brentford"un Tiaqo Qabriel üçün 17 milyon avroluq təklifini (üstəgəl 3 milyon avro bonuslar) rədd edib.
Tiaqo Qabriel 2025-ci ilin yanvar ayından "Leççe"dədir və "Estrela"dan 1,25 milyon avroya transfer olunub. Bu mövsüm mərkəz müdafiəçisi klubun heyətində bütün turnirlərdə 35 oyun keçirib və 2 qol vurub.