Bu gün Azərbaycan kubokunda 1/2 finalın cavab görüşlərinə start veriləcək.Sport24.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək. 

 

"Zirə" öz meydanında "Turan Tovuz"u qəbul edəcək. Komandalar arasında keçirilən ilk matç "qartallar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci cavab görüşü - "Sabah" - "Qarabağ" matçı sabah  keçiriləcək.

 

Bizon Azərbaycan Kuboku

1/2 final mərhələsi, cavab oyunu 

19:00. "Zirə" - "Turan Tovuz"

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə. İdman Kompleksinin stadionu.

İlk oyun - 2:0