İngiltərənin "Mançester Yunayted" klubu "Real"ın dayaq yarımmüdafiəçisi Aurelyen Tçuamenini transfer siyahısının ilk pilləsinə daxil edib. Sport24.az xəbər verir ki, bu barədə "Telegraph" məıumat yayıb.
Klub rəhbərliyi mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Kazemironun əvəzinə yüksək səviyyəli oyunçu ilə doldurmaq niyyətindədir. 26 yaşlı fransalı futbolçunun transferi "Mançester Yunayted"in orta xəttindəki balansı bərpa etmək üçün ən ideal variant hesab olunur.
Qeyd edək ki, Aurelyen Tçuamenini bu mövsüm "Real"ın heyətində 44 rəsmi matçda 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.