"Şamaxı" Ayxan Abbasovla yollarını ayırmağa hazırlaşdığı bir vaxtda baş məşqçi axtarışlarını sürətləndirib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bölgə təmsilçisi bu posta namizədlərdən biri kimi Elmar Baxşıyevlə təmasa keçib. Tərəflər arasında artıq ilkin danışıq da baş tutub.

Məlumata əsasən, klubun baş meneceri Kamran İsmayılov 45 yaşlı mütəxəssislə danışıqlar masasına əyləşib. Görüş zamanı Baxşıyev "Şamaxı"da çalışacağı təqdirdə daha iddialı kollektiv formalaşdırmaq istədiyini bildirib.

Qeyd edək ki, "Şamaxı" hazırda Premyer Liqada 32 xalla 8-ci pillədə qərarlaşıb. Elmar Baxşıyev son olaraq "Araz-Naxçıvan"ın baş məşqçisi olub.