Misli Premyer Liqasının VI turunda "Şamaxı" doğma meydanda "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib. Oyundan sonrda meydan sahiblərinin futbolçusu Tornike Axvlediani Sport24.az-ın suallarını cavablandırıb.


- Komanda 3 xal qazandı. Oyunla bağlı fikilərini bölüşərdin.
- Bundan əvvəl ardıcıl olaraq səfər oyunları keçirirdik. Bu, ilk ev matçımız idi. Əsas odur ki, mübarizə apardıq və üç xal qazandıq. Düzdür, əvvəlki görüşlərlə müqayisədə keyfiyyət o qədər də yüksək deyildi. Amma əsas olan mübarizə aparmaq və üç xal qazanmaqdır. Biz də bunu bacardıq.

– İkinci hissədə əvəzləndin. Deyəsən, əvvəlki oyunlarla müqayisədə, oyunun istənilən kimi alınmadı...

- Bəli, bu oyunda istənilən kimi çıxış edə bilmədim. Bundan əvvəlki matçlardakı kimi istənilən oyunu sərgilmədim. Məşqçi də bunu gördü. Biz fərdi olaraq yox, komanda üçün oynayırıq. Əsas olan komandanın uğurudur. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Şans verirsə, oynayıram, əvəzləyirsə, meydanı tərk edirəm.

- Azərbaycan çempionatına uyğunlaşa bilmisən? Premyer Liqa barədə fikirlərin...
- Adaptasiya dönəmi artıq araxada qalıb, çempionatına və komandaya uyğunlaşmışam. Azərbaycan çempionatında maraqlı oyunlar keçirilir. Turnir cədvəlinin üst pillərində qərarlaşan 4-5 komanda keyfiyyət baxımından digərlərindən bir qədər fərqlənir. Digər kollektivlər isə demək olar. bərabərsəviyyəlidir ki, bu da oyunları maraqlı edir. Mənim üçün bu liqa yaxşı və inkişaf üçün əlverişlidir. Gənc futbolçular üçün də yaxşı, inkişafyönümlü çempionatdır. 

- Milli fasilədən sonra komandada nələrin dəyişməsini istərdin?
- Üç futbolçumuz – Edqar, Oruc və Rəşid milli komandaya çağırılıb. Daha altı futbolçumuz isə U-21 milliyə qoşulub. Fasilə müddətində biz də öz üzərimizdə işləmək və inkişaf etmək istəyirik. Məqsədimiz hər oyunda qələbə qazanmaqdır.

– Gürcüstan və Azərbaycan çempionatlarını müqayisə edərdin? etsəniz, hansı fərqləri qeyd edərdiniz? Gürcüstan millisi büynəlnaxalq arenada uğurlu çıxış edir. Azərbaycanda isə daha çox klublar Avropada nəticə göstərir. Səncə, bunun səbəbi nədir?
- Gürcüstan liqasında oyunlar daha yavaş tempdə keçir. daha texni8kalı oyuna üstünlk verilir. Azərbaycan çempionatında futbolçuların inkişafı üçün böyük imkanlar var. Burada oyunçular bir-birlərindən çox şey öyrənə və inkişaf edə bilirlər.

Məncə, Gürcüstan və Azərbaycan liqalarını müqayisə etmək düzgün deyil. Bunlar fərqli çempionatlardır və hərəsinin öz xüsusiyyətləri var.