"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci heç-heçəsini edib. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

 

Bu, Misli Premyer Liqasının VI turunun "Sumqayıt"la görüşünə təsadüf edib – 1:1.

 

Gəncə klubu 720-ci qarşılaşmada "150"yə çatıb. Qərb təmsilçisi turnirin tarixində 150 və daha çox sülhə imza atan 5-ci komandadır.

 

Qeyd edək ki, "Kəpəz"in ilk heç-heçəsi 1992-ci il mayın 18-də qeydə alınıb. Bərdənin "Pambıqçı" klubu ilə səfər görüşü qolsuz başa çatıb.