"Internasional" baş məşqçi Paulo Pezzolanonu istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə Brazliya klubunun mətbuat xidməti məlumat yayıb. .
43 yaşlı uruqvaylı mütəxəssis 2026-cı ilin yanvarından "Internasional"a rəhbərlik edirdi. Onun müqaviləsi 2026-cı il dekabrın 31-dək nəzərdə tutulmuşdu. Pezzolananın rəhbərliyi altında komanda keçirdiyi 43 matçda 17 qələbə qazanıb, 12 dəfə heç-heçə edib və 14 dəfə məğlub olub.
Qeyd edək ki, uruqvaylu mütəxəssis karyerası ərzində "Uotford", "Valyadolid", "Kruzeyro", "Paçuka" və "Liverpul" (Montevideo) klublarında çalışıb.
"İnternasional" Braziliya çempionatında keçirdiyi 28 oyunda 28 xal toplayıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.