"Roma" və Niderland millisinin hücumçusu Donyell Malen zədə səbəbindən yığmanın Millətlər Liqası çərçivəsindəki növbəti oyunlarını buraxacaq. Sport24.az xəbər verir ki, bu barədə Niderland Kral Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Zədənin dəqiq xarakteri açıqlanmasa da, 27 yaşlı hücumçunun heyətdən çıxarıldığı təsdiqlənib.
Yarımmüdafiəçi Castin Klyuvert də zədə səbəbindən oyunları buraxacaq. Onun və Malenin əvəzinə heyətə Qus Til və Meks Meerdink çağırılıb.
Qeyd edək ki, Malen bu mövsüm "Roma"nın heyətində A Seriyasında keçirdiyi 5 oyunda 6 qol vurub, Çempionlar Liqasındakı yeganə matçında isə 1 məhsuldar ötürmə edib. Hücumçu Niderland millisində 56 oyunda 13 dəfə fərqlənib.
Niderland yığması Millətlər Liqasının ilk turu çərçivəsində sentyabrın 24-də A qrupunda Almaniya ilə qarşılaşacaq.