Müdafiəçi Con Stounz 2025/26 mövsümünün sonunda "Mançester Siti"dən ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə "Mail" nəşri məlumat yayıb.
31 yaşlı mərkəz müdafiəçisi "şəhərlilər"lə bu yay başa çatacaq müqaviləsini yeniləməyəcək.
Qeyd edək ki, Stonz 2016-cı ildən "Mançester Siti"də oynayır. Bu mövsüm ingilis futbolçu bütün turnirlərdə cəmi 15 oyun keçirib.