Marko Rouz "Bornmut" rəsmi olaraq yeni baş məşqçi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

 

49 yaşlı mütəxəssis "albalılar"la üç illik müqavilə imzalayıb və 2025/26 mövsümünün sonunda vəzifəsinin icrasına başlaya biləcək.

 

Rouzdan əlavə, "Bornmut" "İpsviç"in çalışdırıcısı Kieran Makkenna və "Rayo Valyekano"nun məşqçisi İniqo Peresi də namizəd kimi nəzərdən keçirirdi.

 

Daha əvvəl "albalılar"ın məşqçisi Andoni İraola klub rəhbərliyinə cari mövsümün sonunda postundan gedəcəyini bildirmişdi. İspaniyalı mütəxəssisin "Bornmut"la müqaviləsi 2026-cı ilin yayında başa çatır.

 

Qeyd edək ki, Rouzun son iş yeri 2022-ci ilin sentyabrından 2025-ci ilin martına qədər çalışdığı "RB Leypsiq"də olub. Onun rəhbərliyi altında komanda Almaniya Kubokunu qazanıb və 2022/23 mövsümündə üçüncü yeri tutub. Hazırda aktivində 49 xal olan"Bornmut" Premyer Liqada səkkizinci yerdədir.