"Qalatasaray"ın hücumçusu Viktor Osimhen zədəsini sağaldıb. Sport24.az xəbər verir ki, nigeriyalı forvard bu gün komanda ilə birlikdə məşqdə iştirak edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

27 yaşlı futbolçu artıq oynamağa hazırdır. Kolumbiyalı vinger Yaser Asprilyanın müalicəsi isə davam edir.


Qeyd edək ki, "Qalatasaray" Türkiyə Super Liqasının 31-ci turunda doğma meydanda "Fənərbaxça"nı qəbul edəcək. Qarşılaşma 26 mart tarixində baş tutacaq.