Braziliyalı qapıçı Ederson "Fənərbağça"dan ayrılmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qolkiper agentinə ona yeni klub tapmasını bildirib.

 

Ederson "Fənərbağça"nın "Rizespor"la oyununda son dəqiqədə çıxışda səhv edib və komandası qələbəni əldən verib. Bundan sonra qolkiper sosial şəbəkələrdə azarkeşlər tərəfindən ciddi tənqidlərə məruz qalıb.

 

Braziliyalı qapıçı bu mövsüm Super Liqada 23 oyunda 23 qol buraxıb.