"Real"ın baş məşqçisi Alvaro Arbeloa açıqlama verib. Sport24.az xəbər verir ki, İspaniya mətbuatına danışan mütəxəssis klubdakı gələcəyindən söz açıb:

 

"Real"da qalıb-qalmamağımla bağlı qərarı rəhbərlik verəcək. Mənim diqqətim oyunlardadır. Qarşıda 7 matç var və hər biri önəmlidir. Qalan məsələlər rəhbərliyin işidir".

 

İspaniya mətbuatı Arbeloanın yaxın zamanda istefaya göndəriləcəyini iddia edir.

 

Komanda La Liqada ikinci sıradadır və lider "Barselona"dan 9 xal geri qalır.