"Çelsi" futbolçusu Alexandro Qarnaçonun gələcəyi ilə bağlı qərar qəbul edib. Sport24.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
London klubu 21 yaşlı hücumçunu satmaq qərarına gəlib. "Çelsi" Qarnaçonu ötən il "Mançester Yunayted"dən 40milyon avroya transfer edib. London təmsilçisi argentinalı oyunçunun komandaya fayda vermədiyini düşünür.
Qeyd edək ki, argentinalı cari mövsümdə bütün turnirlərdə 39 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.