"Mançester Siti"nin ulduz hücumçusu Erling Haaland, Premyer Liqa çərçivəsində "Arsenal"la keçirilən gərgin oyunda rəqib müdafiəçi Qabriel Maqalhaes ilə yaşanan insidentə münasibət bildirib. Sport24.az xəbər verir ki, norveçli forvard epizod zamanı hakimin qərarlarından narazılığını gizlətməyib. O, rəqibin kobudluğuna baxmayaraq ayaqda qalmağa çalışdığını vurğulayıb:

"Əgər yerə yıxılsaydım, bunu yalnız ciddi bir təmas olarsa edərdim, bəlkə qırmızı vərəqə ola bilərdi, amma buna tam əmin deyiləm. Mən asanlıqla yerə yıxılan, simulyasiya edən biri deyiləm".

Təcrübəli hücumçu, epizodun sonunda ona göstərilən sarı vərəqəyə də etiraz edib:

"O, birbaşa üzümə gəldi! Belə bir vəziyyətdə cəzalandırılmağım anlaşılmazdır".