"Mançester Yunayted"in kapitanı Bruno Fernandes "Old Trafford"da qalmaq qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

 

Keçən yay Fernandesin Səudiyyə Ərəbistanına transferi ilə bağlı xəbərlər yayılmışdı və bu mövsüm ərzində davam etdi.

 

Mənbənin sözlərinə görə, "Yunayted" bu yay Çempionlar Liqasına vəsiqə qazanarsa, Fernandes klubda qalacaq.

 

Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlində üçüncü yerdədir və gələn mövsüm Çempionlar Liqasında iştirakı təmin edib.