PSJ müdafiəçisi Markinyosun bu yay komandadan ayrılmasına etiraz etməyəcək. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, kapitanın Paris klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. Fransa nəhəngi onun başqa kluba transfer olunmasına etiraz etməyəcək və artıq onun yerinə başqa oyunçu axtarmağa hazırlaşır.

 

Qeyd edək ki, Markinyos bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 26 oyunda iştirak edib və 2 qol vurub. 31 yaşlı futbolçu Çempionlar Liqasında müntəzəm olaraq oynasa da, Fransa liqasında cəmi səkkiz matçda start heyətində yer alıb.