UEFA Gənclər Liqasında mövsümün qalibi məlum olub. Sport24.az xəbər verir ki, final matçında "Brügge" və "Real"ın U-19 komandaları üz-üzə gəlib.
Əsas vaxtı bərabərliklə bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. Son zərbələrdə dəqiq olan "Real" çempion adını qazanıb.