İspaniyanın "Mundo Deportivo" qəzeti "Real"ın "Benfika"nın baş məşqçisi Joze Mourinyonun Madridə mümkün dönüşü barədə barədə məlumat yayıb. Sport24.az adıçəkilən nəşrə istinadən xəbər verir ki, "Kral klubu" məşqçini geri qaytarmaq variantını araşdırıb və hətta onunla əlaqə saxlayıb. Bununla belə, tərəflər arasında hazırda heç bir konkret danışıqların aparılmadığı da vurğulanır.

 

Mənbənin sözlərinə görə, Mourinyo özü dialoqa açıqdır və "Los Blancos" rəhbərliyi ona doğru addım atmaq qərarına gələrsə, "Real"ın təklifini nəzərdən keçirməyə hazırdır.

 

O da vurğulanır ki, klub daxilində portuqaliyalı mütəxəssisin namizədliyi ilə bağlı fikir birliyi yoxdur. Üstəlik, Madrid rəhbərliyinə yaxın bəzi mənbələr portuqaliyalı məşqçinin geri dönmə ehtimalını tamamilə istisna edir.

 

Qeyd edək ki, Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər "Real"ın "sükanı arxasında" olub.