"Milan"ın yarımmüdafiəçisi Luka Modriç 2025-ci il üçün Xorvatiyanın ən yaxşı futbolçusu seçilib. Sport24.az xəbər verir ki, mükafat ötən həftə Xorvatiya Futbol Assosiasiyası tərəfindən Modriçə təqdim olunub.

 

40 yaşlı xorvatiyalı bu mükafatı karyerasında 14-cü, ardıcıl onuncu dəfə qazanıb.

 

Qeyd edək ki, Modriç ötən yay azad agent kimi "Milan"a qoşulub. Bundan əvvəl isə o, 13 mövsüm "Real"ın formasını geyinib və Madrid klubu ilə 27 kubok qazanıb: dörd İspaniya liqası titulu, altı Çempionlar Liqası titulu, üç İspaniya Kuboku və dörd İspaniya Super Kuboku, beş UEFA Super Kuboku, altı Klublararası Dünya Kuboku və bir Qitələrarası Kubok. 2018-ci ildə isə Modriç "Qızıl Top" mükafatına layiq görülüb.