PSJ ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Vitinya zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun bərpa müddəti açıqlanmayıb.
Vitinya Fransa Liqa 1-də "Lion"la matçda (1:2) zədə alıb.
Yarımmüdafiəçi bu mövsüm 45 oyunda 7 qol vurub, 10 məhsuldar ötürmə edib.