"Qarabağ" qapıçısı Fabian Buntiçlə yollarını ayırmağa hazırlaşır. Sport24.az-ın əldə etdiyi məlumata görə, "köhlən atlar" 29 yaşlı qolkiperə özünə yeni komanda tapmağı tələb edib.

Klub rəhbərliyi xorvatiya əsilli alman futbolçuya artıq planlara daxil olmadığını çatdırıb.

Əgər Buntiç yayadək özünə klub tapa bilməsə, Ağdam təmsilçisi onu icarəyə verməyi planlaşdırır. Baş məşqçi Qurban Qurbanov bu mövqe üçün yeni qapıçının transfer olunmasını istəyib.

2024-cü ildə Portuqaliya təmsilçisi "Vizela"dan transfer olunan qapıçı özü də "Qarabağ"dakı durumundan məmnun deyil.

Xatırladaq ki, Fabian Buntiç 2024-cü ildən Ağdam təmsilçisinin formasını geyinir və onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.