"Çelsi"nin baş məşqçisi Liam Rosenior komandanın son vaxtlar nümayiş etdirdiyi uğursuz nəticələrə baxmayaraq, klub rəhbərliyinin ona olan etimadının tam olduğunu bəyan edib. Sport24.az xəbər verir ki, ardıcıl xal itkiləri komandanın Çempionlar Liqasına vəsiqə qazanmaq şanslarını minimuma endirib. Bu isə mətbuatda Roseniorun istefaya göndəriləcəyi ilə bağlı şayiələri alovlandırıb.

Məsələ ilə bağlı danışan gənc mütəxəssis rəhbərliklə münasibətlərinin qaydasında olduğunu vurğulayıb:

​"Klub tərəfindən 100 faiz dəstək var. Rəhbərlik və idman direktorları ilə gündəlik ünsiyyətdəyik. Hamımız eyni fikirdəyik həm cari nəticələri düzəltməli, həm də gələcəkdə davamlı uğur gətirəcək bir layihə qurmalıyıq".

Klubun sahiblərindən biri Behdad Eqbalinin hazır oyunçuların transfer ediləcəyi barədə fikirlərinə də toxunan baş məşqçi, bu strategiyanın əvvəlcədən razılaşdırıldığını bildirib:

"Klubun gələcək planları barədə çox danışmışıq. Hədəfimiz bəllidir və hamımız bu istiqamətdə çalışırıq".