Nyu-York şəhər rəsmiləri 2026-cı il dünya çempionatından əvvəl ictimai tualetlərin çatışmazlığı ilə bağlı ciddi narahatlıqlarını ifadə edirlər. Sport24.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

 

Nyu-York və Nyu-Cersi şəhərlərinin Təşkilat Komitəsi turnir zamanı bu ştatlara təxminən 1,2 milyon insanın gələcəyini gözləyir, lakin hazırkı statistika göstərir ki, hər 8500 sakinə yalnız bir ictimai tualet düşür. Qanunvericilər qeyd edirlər ki, mundial zamanı bu məsələ ciddi problem yaradacaq.

 

Ötən həftə Nyu-York Şəhər Şurası beynəlxalq tədbirdən əvvəl şəhərdə tualetlərin sayını artırmaq üçün rəsmi plan hazırlamasını tələb edən qanun layihəsi təklif etdi. Şura üzvləri qeyd ediblər ki, "Bryant Parkı" kimi məşhur yerlərdə artıq uzun növbələr var və gözlənilən futbol azarkeşlərinin axını mövcud sistemi alt-üst edəcək.

 

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.