"Atletiko"nun hücumçusu Aleksander Şörlot karyerasını İtalyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Milan" norveçli futbolçu ilə maraqlanır.
Bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Milan təmsilçisi bir müddətdir ki, Çempionlar Liqasında komandanı daşıya biləcək "9 nömrə" axtarışındadır. Hazırda bu mövqe üçün ən real namizədlərdən biri Aleksander Şörlotdur.
Qeyd edək ki, Şörlot son mövsümdə "Atleriko"nun heyətində keçirdiyi 48 matçda 17 qol vurmağı bacarıb.