İngiltərə Premyer Liqasında 2025/26 mövsümünün ilk uğursuz komandası bəlli olub. "Vulverhempton" elitadakı 8 illik macərasına nöqtə qoyaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Sport24.az zəbər verir ki, "Vest Hem"in "Kristal Pelas"la heç-heçəsi "canavarlar"ın taleyini riyazi cəhətdən həll edib. Mövsümün bitməsinə 5 tur qalmış "Vulverhempton"un çempionatda qalmaq ümidləri tamamilə puç olub.
Cari mövsümdə cəmi 3 qələbə qazanan komanda, hazırda 17 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb. Maraqlıdır ki, "Vulverhempton" mövsümdəki ilk qələbəsini yalnız 20-ci turda, Yanvar ayında Rob Edvardsın rəhbərliyi altında qazana bilmişdi. Xatırladaq ki, Edvards noyabr ayında uğursuz nəticələrə görə qovulan Vitor Pereiranı əvəzləmişdi.
Qeyd edək ki, Vulverhempton" son 8 mövsümdə Premyer Liqanın iddialı orta sıralar komandası kimi tanınsa da, bu ilki idarəçilik və məşqçi dəyişiklikləri klubun iflası ilə nəticələndi.