AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda II Liqanın XXIII turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

"Kür-Araz" – "Göygöl" oyununda "Kür-Araz" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Kür-Araz" komandası 70 manat cərimə edilib.

 

"Kür-Araz" – "Göygöl" oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə "Kür-Araz" komandası 100 manat cərimə edilib.

 

"Xankəndi" – "Dinamo" oyununun 90-cı dəqiqəsində "Dinamo" komandasının məşqçisi İsmael Vəkiliqazicahani hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, "Dinamo" komandası 250 manat cərimə edilib.