"Dörd komanda finala yüksəlmək üçüm ölüm-dirim mübarizəsinə çıxacaq". Bu sözləri Sport24.az- Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları ilə bağlı fikirlərini bölüşüb:
"Artıq UEFA Avropa Liqasına vəsiqə qazanmaq üçün iki addım qalıb. Komandaların şanыları müxtəlifdir. Amma hər birinin finala vəsiqə qazanmaq ehtimalı böyükdür. Hansı biri vəsiqə qazanacaqsa, kuboku götürəcəksə, təəccüblənməyə ehtiyac yoxdur. Hər biri sərgilədikləri oyunla buna layiqdir".
Diniyev "Turan Tovuz" və "Zirə" komandalarının ilk duelində hakimin səhvlərinin olduğunu xatırladıb:
"Bu səbəbdən futbolçuları daha çox motivasiya etməyə çalışacaqlar. Belə olanda prinsipiallıq daha da artacaq. 2:0 böyük hesab ola bilər. Amma bu fərqi aradan qaldırmaq mümkündür. "Turan Tovuz" hesaba və nəticəyə oynayan kollektivdir. Onlar standar vəziyyətlərdə təhlükə yarada bilirlər. Amma "Zirə"nin də etibarlı müdafiəsi var. Məşqçilərdən biri hesabı qorumağa, digəri qollar vurmağa çalışacaq. Taktiki savaş gözlənilir. "Sabah" - "Qarabağ" duelində isə şansları bərabər görürəm. Düşünürəm ki, son matçdakı intriqa qalacaq. Məşqçilər artıq rəqiblərinə bələddirlər"
Qeyd edək ki, "Zirə" - "Neftçi" oyunu bu gün, "Sabah" - "Qarabağ" oyunu aprelin 22-də keçiriləcək.