"Real"ın lideri, fransız Kilian Mbappe komandasının hücumçusu Qonsalo Qarsiya haqqında danışıb. Sport24.az xəbər verir ki, Mbappe gənc futbolçu ilə bağlı "Defensa Central"a açıqlama verib:

 

"Bu oğlan inanılmazdır, çox yaxşıdır, qol vurur, qaçır... O, hər şeyi edir

 

Qeyd edək ki, Qonsalo Qarsiya klublararası dünya çempionatının üç oyununda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 21 yaşlı mərkəz hücumçusu "Real"ın yetirməsidir. Ötən mövsüm B komandasının heyətində 36 matçda 25 dəfə fərqlənib.