"Mançester Siti"nin hücumçusu Erlinq Haaland yenidən Bundesliqaya qayıda bilər. Sport24.az xəbər verir ki, "Bavariya" norveçli forvardın transferini nəzərdən keçirir.
Münhen təmsilçisi futbolçunu Harri Keynin uzunmüddətli əvəzləyicisi kimi görür. "Bavariya"nın 2–3 ildən sonra Haalandın keçidini rəsmiləşdirməyə cəhd edəcəyi gözlənilir.
Erlinq Haaland daha əvvəl Bundesliqada Dortmund "Borussiya"sının şərəfini qoruyub.