"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Tvente" Niderland Erediviziyasında növbəti matçını keçirib. Sport24.az xəbər verir ki, Ensxede təmsilçisi 2-ci tur çərçivəsində öz azarkeşləri önündə "Zvolle"ni qəbul edib və 3:1 hesablı inamlı qələbə qazanıb.
16 avqust
"Tvente" – "Zvolle" 3:1
Qollar: Vaydman, 38, Mbayo, 59 (avtoqol), Rots, 69; Sorensen, 21
Cari mövsümdə ilk qələbəsini təmin edən "Tvente" bu nəticə ilə xal hesabını 3-ə çatdıraraq turnir cədvəlinin 11-ci sırasına yüksəlib.
"Tvente" və "Qarabağ" cütü arasında ilk qarşılaşma avqustun 20-də "De Qrolş Veste" arenasında, cavab matçı isə avqustun 27-də Bakıda baş tutacaq.