Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in forvardı Kriştiano Ronaldo peşəkar futbolçu karyerasının sonuna yaxınlaşdığını diqqətə çatdırıb. Sport24.az xəbər verir ki, 41 yaşlı hücumçu "Vogue" nəşrinə verdiyi müsahibədə 2026/2027 mövsümünün böyük ehtimalla onun yaşıl meydanlardakı son ili olacağını qeyd edib:
"Çox güman ki, bu, futboldakı son mövsümümdür. Arxada unudulmaz və möhtəşəm bir miras qoyub getmək istəyirəm".
Portuqaliyalı ulduz butslarını "asdıqdan" sonrakı dövr üçün planlarının artıq hazır olduğunu, vaxtını daha çox səyahətlərə, padel oynamağa və illərlə əldə etdiyi uğurların həzzini çıxarmağa həsr etmək istədiyini diqqətə çatdırıb.
K. Ronaldo bir qədər əvvəl DÇ-2026-nın onun üçün sonuncu mundial olacağını bəyan etmişdi.