"Əl-Nəsr" və "Portuqaliya" millisinin forvardı Joao Feliks Səudiyyə Ərəbistanında komandasını dəyişə bilər. Sport24.az xəbər verir ki, portuqaliyalı forvarda "Əl-İttihad"dan maraq var.
Feliksin "Əl-Nəsr"i məhz Ciddə təmsilçisinə dəyişə biləcəyi gözlənilir. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Onun "Əl-İttihad"a icarə əsasında keçəcəyi gözlənilir. Joaonun "Əl-Nəsr"lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.