"Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə xəstəxanaya yerləşdirilib. Sport24.az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi "Neftçi"yə uduzduqları Misli Premyer Liqasının I turunun oyununda baş verən hadisə səbəbindən xəstəxanaya aparılıb.

 

Belə ki, 24 yaşlı futbolçu qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən emosiyalara hakim ola bilməyib və qapıya təpiklə zərbə endirib. Zərbənin ardından şüşə qapı sınıb və oyunçunun ayağı xəsarət alıb.

 

Hadisədən sonra Abdullazadəyə ilkin tibbi yardım göstərilib və daha sonra vəziyyətinə nəzarət etmək üçün xəstəxanaya aparılıb. Futbolçunun son durumunun necə olduğu hələlik məlum deyil.

 

Qeyd edək ki, "Neftçi" "Sumqayıt"ı 3:1 hesabı ilə üstələyib.