"Barselona"nın futbolçusu Erik Qarsiya qış transfer dönəmində bir neçə təklif alıb. Sport24.az xəbər verir ki, komandanın baş məşqçisi Hans-Diter Flik müdafiəçinin ayrılığına icazə verməyib.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Flik Qarsiyanı komandanın əsas oyunçularından hesab edir və onun gedişinə mane olub.

 

Erik bu mövsüm 22 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.