Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, maraqla gözlənilən matçlardan biri də Portuqaliyada keçiriləcək. "Roma" səfərdə "Portu" ilə qarşılaşacaq. 

 

Türkiyə təmsilçilərindən "Fənərbağça" "doğma divarlar" arasında Belçika "Anderlext"ini qonaq edəcəksə, "Qalatasaray" çətin Niderland səfəri gözləyir.

 

Qeyd edək ki, UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 20-də keçiriləcək.

 

UEFA Avropa Liqası

Pley-off mərhələsi, ilk oyunlar

13 fevral

21:45. "Ferentsvaroş" (Macarıstan) - "Viktoriya" (Çexiya)

21:45. "Yunion" (Belçika) - "Ayaks" (Niderland)

21:45. "Midtyullann" (Danimarka) - "Real Sosyedad" (İspaniya)

21:45. "Fənərbağça" (Türkiyə) - "Anderlext" (Belçika)

00:00. "Portu" (Portuqaliya) - "Roma" (İtaliya)

00:00. "Tvente" (Niderland) - "Budyo Qlimt" (Norveç)

00:00. AZ (Niderland) - "Qalatasaray" (Türkiyə)

00:00. PAOK (Yunanıstan) - FCSB (Rumıniya)