"İşçi qrup yaradılmalıdır və bu format dəqiqliyi ilə işlənib, bütün komandalar nəzərə alınaraq həyata keçirilməlidir". Bu sözləri Sport24.az-a açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov növbəti mövsümdən Premyer Liqada 12 komandanın olmasına və legioner limitinin ləğvinə münasibət bildirərkən deyib.

 

Təcrübəli mütəxəssis "Neftçi"nin cari mövsümdəki çıxışına da toxunub:

 

"Turnir cədvəlində ilk "beşlik"də qərarlaşan komandalardan 4-ü avrokuboklara vəsiqə qazanacaq. "Neftçi"nin avrokuboklardan kənarda qalması yaxşı hal hesab oluna bilməz. Çox ağır mövsüm keçirirlər. Hələ indi-indi görürük ki, "Neftçi" əvvəlki əzəmətini qaytarmağa çalışır. Ümid edək ki, ölkənin ən köklü klubu kubok yolu ilə istədiyi nəticəyə nail olacaq. Buna görə də yarımfinal və finalda tam güclərini göstərməlidirlər. Düzdür, "Kəpəz"lə cavab qarşılaşması hələ qarşıdadır".

 

Qeyd edək ki, "Neftçi" Premyer Liqanın 23-cü turu çərçivəsində, fevralın 16-da öz meydanında "Qarabağ"la üz-üzə gələcək.