Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Sport24.az xəbər verir ki, baş tutan 4 oyundan sonra UEFA reytinqi açıqlanıb.

 

Dörd ölkə günü qazancla başa vurub. Almaniya, Belçika, Niderland və Portuqaliya xal hesablarını artırıblar.

 

Avropada təmsilçisi qalmayan Azərbaycanın mövqeyi dəyişməyib. 28-ci pillədə qalan ölkəmizin hesabında 19,625 xal var. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" və "Qarabağ" 1,250, "Sabah" 0,250, "Sumqayıt" 0,125 xal əldə edib.

 

Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 106,624 xalı var.