Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib. Sport24.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Vinisius Junior ("Real"), yunan hücumçu Vangelis Pavlidis ("Benfika"), braziliyalı İqor Paixao ("Feyenoord") və qvineyalı forvard Seru Quirassi ("Borussiya", Dortmund) seçilənlər arasındadır.

 

Qeyd edək ki, Vinisius "Mançester Siti" ilə oyunda (3:2) 2 məhsuldar ötürmə, Quirassi "Sportinq"lə (3:0) matçda bir qol və bir məhsuldar ötürmə,  Paixao və Pavlidis isə komandalarına qələbə gətirən qollarla yadda qalıblar.