"Fikrimcə, bir komanda kimi geridə qalan bütün oyunlarda xarakter nümayiş etdirdik". Sport24.az xəbər verir ki, bunu "Ordu"nun amerikalı basketbolçusu İsiah Pope klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, B qrupunda liderliyə iddialı olduqlarını bildirib: "Bəzi oyunlarda vacib qələbə qazandıq, ancaq qələbə qazanmalı olduğumuz bir sıra qarşılaşmalarda da uduzduq. Hesab edirəm ki, bir komanda kimi artıq formalaşmışıq. Kollektivin bütün üzvləri yaxşı əhval-ruhiyyədədir. Bu atmosfer mövsümün sonuna doğru bizə çox kömək edəcək. Hazırda B qrupundakı mövqeyimiz yaxşıdır və mövsümün sonunda birinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanacağımıza inanıram".
Qeyd edək ki, "Ordu" Azərbaycan Basketbol Liqasında 14 turdan sonra 24 xalla turnir cədvəlində ikincidir.