"Komandanın Naxçıvana qayıtması stadionun təmirindən asılıdır". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz Naxçıvan" klubunun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov deyib.

 

O, komandanın Naxçıvana qayıtmasının onlardan asılı olmadığını bildirib:

 

"Arena nə zaman hazır olub, PFL tərəfindən qəbul olunacaqsa, o zaman dönəcəyik Naxçıvana. Komanda hər zaman Naxçıvana getməyə hazırdır. Bunu rəhbərlik azarkeşlərlə görüşdə və jurnalistlərə açıqlamasında deyir. Sadəcə, hazır ki durum bizimlə əlaqədar deyil. Arena ilə bağlı problemdir, onun da həll olunması istiqamətində işlər gedir".

 

Qeyd edək ki, Muxtar respublika təmsilçisi stadion probelmi səbəbindən ev oyunlarını Mərdəkandakı "Liv Bona Dea Arena"da keçirir.