"Milan"ın hücumçusu Niklas Fülkruqun 500.000 avro dəyərində saatı oğurlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, oğurluq oyunçu komandanın məşqində iştirak edərkən baş verib. Otelinə qayıtdıqdan sonra Fülkruq seyfinin sındırıldığını aşkar edib. Oğrular ümumi dəyəri 500.000 avro olan dörd saatı oğurlayıblar.

 

Qeyd edək ki, Fülkruq bu ay icarə əsasında "Vest Hem"dən "Milan"a keçib. O, İtaliya klubunun heyətində dörd oyunda (biri əsas heyətdə) meydana çıxıb.