Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XIII tura yekun vurulur. Sport24.az xəbər verir ki, hesabat həftəsinin sonuncu günündə A qrupunda yer alan komandalar parket üzərinə çıxacaq.

 

Günün ilk qarşılaşmasında "Sabah" "Şəki" ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 15:00-da sələnəcək. "Sabah" 21 xalla ikinci, 14 xala malik "Şəki" isə 5-ci pillədə qərarlaşıb. 

 

NTD - "Abşeron Lions" görüşü isə saat 18:00-a planlaşdırılıb. "Abşeron Lions" 23 xalla qrupun lideridir. NTD isə 12 xalla sonuncu - 6-cıdır.

 

Qeyd edək ki, hər iki matçı Bakı İdman Sarayında keçiriləcək.