London klubunda vəziyyət kritik həddə çatıb. "Tottenhem" İqor Tudorun rəhbərliyi altında meydana çıxdığı 4 oyunun hamısında məğlub olub. Sport24.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, xorvat mütəxəssis artıq bu gün istefaya göndərilə bilər. 

 

Madrid "Atletiko"suna 2:5 hesabı ilə məğlubiyyətdən sonra Çempionlar Liqasında mübarizəni dayandırmağa yaxın olan London təmsilçisini Premyer Liqanı da tərk etmək təhlükəsi ilə üz-üzədir.

 

"Express" nəşri Tudorun istefaya göndəriləcəyi halda boş qalan posta namizədlərin adlarını dərc edib.

 

Roberto De Zerbi əsas namizəd hesab olunur. Ondan başqa Macarıstanın "Ferensvaroş" klubunda uğurla çalışan "Tottenhem"in keçmiş hücumçusu Robbi Kin də siyahıda yer alıb. Namizədlər arasında Şon Dayçe və ABŞ millisinin baş məşqçisi Maurisio Poçettinonun da adı var.