ABŞ-ın "Kolombus Kru" klubu Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadəni ictimaiyyətə təqdim edib. Sport24.az xəbər verir ki, MLS təmsilçisi bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

21 yaşlı hücumçu yeni komandasına keçidi ilə bağlı qısa açıqlama da verib.

"Salam. Mən Nərimanam. "Kolombus Kru"ya qoşulmuşam. Burada olduğum üçün çox xoşbəxtəm".

Qeyd edək ki, Nəriman Axundzadənin "Kolombus Kru" 2029-cu ilədək müqaviləsi var. O, indiyədək peşəkar karyerasında yalnız "Qarabağ"ın formasını geyinib.