İngiltərənin "Tottenhem" klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Madrid "Atletiko"suna 2:5 hesabı ilə uduzaraq klubun bütün zamanlar üçün antirekorduna imza atıb. Sport24.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Tottenhem" tarixində ilk dəfə olaraq bütün yarışlar da daxil olmaqla ardıcıl altı oyunda məğlub olub. London klubu əvvəllər İngiltərə Premyer Liqasında ardıcıl beş məğlubiyyət almışdı. Bu seriya zamanı baş məşqçi Tomas Frank vəzifəsindən kənarlaşdırılıb və onun yerinə xorvatiyalı məşqçi İqor Tudor təyin edilib.

 

Qeyd edək ki, cavab oyunu martın 18-də keçiriləcək.