Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) XVIII turu çərçivəsində daha iki görüş baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Şəki" azarkeşləri önündə "Sabah"la qarşılaşacaq.

 

Şəki Olimpiya İdman Kompleksində keçiriləcək görüşün start fiti saat 14:00-da səslənəcək. 

 

Günə "Sərhədçi" İdman Mərkəzində baş tutacaq "Abşeron Lions" - NTD qarşılaşması ilə yekun vurulacaq. Bu oyun saat 19:30-da başlayacaq.

 

Qeyd edək ki, tur sabah başa çatacaq. Daha əvvəl keçirilən görüşlərdə "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67), "Naxçıvan" isə "Lənkəran"ı (104:73) məğlub edib.